Xoş gəldiniz

Logistika şirkətimizə xoş gəlmisiniz! Biz sizə malların çatdırılmasını sürətləndirmək və müştəri təcrübənizi yaxşılaşdırmaq üçün geniş çeşiddə logistik xidmətlər təklif edirik.

Şirkətimiz bu sahədə çoxillik təcrübəyə malikdir və biz müştərilərimizə istənilən logistik tapşırıqlar üçün ən səmərəli və etibarlı həllər təklif etməyə hazırıq.

Bizim tariximiz

Hər şey haradan başladı

Şirkətimiz 25 iyun 1996-cı ildə BarwilBaku adı ilə Azərbaycanda, Bakıda yaradılmışdır və o zaman BarwilI Istanbul agenti kimi fəaliyyət göstərirdi.

Davamı

Şirkət 1999-cu ildən Bartrans LTD adı ilə fəaliyyət göstərir və onun fəaliyyəti Azərbaycanda logistikanın inkişafına yönəlmişdir. Nümayəndəlik  Qara dəniz üzərindən MDB ölkələrinə / ölkələrindən Azərbaycan ərazisindən keçməklə nəqliyyatın idarə olunmasını Poti, Batumi (Gürcüstan) limanlarında və Xəzər dənizinin limanlarında tam xidmət göstərməklə başlamışdır.

Şirkətin genişlənməsi

2004 – cü ildə Bartrans Orta Asiya bölgələrindən idxal/ ixracı asanlaşdırmaq məqsədi ilə Özbəkistanda nümayəndəlik açaraq fəaliyətini genişələndirdi. Nümayəndəlik həmçinin Hindistan agentləri, Yaxın Şərq ölkələri, Cənub-Şərqi Asiya, Uzaq Şərqlə də etibarlı əlaqələr yaradır.

Bartransın Qazaxıstan filialı – “Talos Astana Ltd” 2006-cı ildə MDB ölkələrində, Türkiyədə və Uzaq Şərqdə nəqliyyat biznesini dəstəkləmək üçün Astanada açılmışdır.

Davamı

Hal-hazırda Bartrans LTD eyni anda dəniz, dəmir yolu və/və yaxud maşın göndərmələri təşkil etməklə multimodal yükləmələrlə məşğuldur. Biz Aralıq dənizi, Qara dəniz, Yapon və Baltik dənizinin limanlarında, körfəzlərində əlaqələrə malik olmaqla nəqliyyatı dəmir yolu ilə, yerüstü nəqliyyatla, dəniz yolu ilə təmin edirik. Şirkətin heyəti nəqliyyat və logistika sahəsində geniş təcrübəyə malik yüksək mütəxəssisli peşəkarlardan ibarətdir.

Biz bütün istiqamətlərdə yüklərin nəzarəti, tariflərin hesablanması, uyğun marşrutların seçilməsi və yüklərin rahat hərəkəti üçün lazım olan məlumatın təmin edilməsi üzrə operativ xidmətlər təklif edirik. Regionda 25 ildən çox iş təcrübəsinə malik olmaqla biz müştərilərin logistika sahəsində  istənilən zəruri ehtiyaclarını təmin etmək üçün əlimizdən gələni edirik.

Regionda 25 ildən çox iş təcrübəsinə malik olmaqla biz müştərilərin logistika sahəsində  istənilən zəruri ehtiyaclarını təmin etmək üçün əlimizdən gələni edirik.

Tərəfdaşlarımız

Müştərilərimiz

Üstünlüklərimiz

İstiqamətlər və nəqliyyat

Dünyanın istənilən yerinə multimodal nəqliyyat

Effektiv İdarəetmə

Yük haqqında məlumatların vaxtında verilməsi

Fərdi yanaşma

Biz hər bir müştərimizin ehtiyac və tələblərini nəzərə alırıq

Vaxta və pula qənaət

Biz bütün təşkilati və maddi-texniki məsələləri həll edirik

Etibarlı çatdırılma bizdə

Sorğunuzu göndərin və menecerlərimiz sizinlə ən qısa zamanda əlaqə saxlayacaq

Sertifikatlarımız