Biz kimik?

Bizim şirkət 25 iyun 1996-cı ildə Barwil Baku adı ilə Azərbaycanda, Bakıda yaranmışdır və həmin dövrdə Barwil İstanbul agenti kimi fəaliyyət göstərirdi.

Şirkət 1999-cu ildən Bartrans LTD adı ilə fəaliyyət göstərir və onun fəaliyyəti Azərbaycanda logistikanın inkişafına yönəlmişdir. Nümayəndəlik  Qara dəniz üzərindən MDB ölkələrinə / ölkələrindən Azərbaycan ərazisindən keçməklə nəqliyyatın idarə olunmasını Poti, Batumi (Gürcüstan) limanlarında və Xəzər dənizinin limanlarında tam xidmət göstərməklə başlamışdır.
 
2004 - cü ildə Bartrans Orta Asiya bölgələrindən idxal/ ixracı asanlaşdırmaq məqsədi ilə Özbəkistanda nümayəndəlik açaraq fəaliyətini genişələndirdi. Nümayəndəlik həmçinin Hindistan agentləri, Yaxın Şərq ölkələri, Cənub-Şərqi Asiya, Uzaq Şərqlə də etibarlı əlaqələr yaradır.

Hal-hazırda Bartrans LTD eyni anda dəniz, dəmir yolu və/və yaxud maşın göndərmələri təşkil etməklə multimodal yükləmələrlə məşğuldur. Biz Aralıq dənizi, Qara dəniz, Yapon və Baltik dənizinin limanlarında, körfəzlərində əlaqələrə malik olmaqla nəqliyyatı dəmir yolu ilə, yerüstü nəqliyyatla, dəniz yolu ilə təmin edirik. Şirkətin heyəti nəqliyyat və logistika sahəsində geniş təcrübəyə malik yüksək mütəxəssisli peşəkarlardan ibarətdir.

Biz bütün istiqamətlərdə yüklərin nəzarəti, tariflərin hesablanması, uyğun marşrutların seçilməsi və yüklərin rahat hərəkəti üçün lazım olan məlumatın təmin edilməsi üzrə operativ xidmətlər təklif edirik. Regionda 25 ildən çox iş təcrübəsinə malik olmaqla biz müştərilərin logistika sahəsində  istənilən zəruri ehtiyaclarını təmin etmək üçün əlimizdən gələni edirik.


Partnyorlar:

TALOS LOGISTICS / Türkiyə
MSC Georgia / Gürcüstan
Senaz Transport FZE / Birləşmiş Ərəb Əmirlikləri
Lintas freight and logistics LLC / Özbəkistan
Global Logistics / Almaniya
InterRail Service LLC / Rusiya
Sİlk Way / Azərbaycan

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.